Главная > Video xəbər > ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək - VİDEO

ABŞ-ın BMT-dəki səfirindən İlqar Məmmədova dəstək - VİDEO


4-01-2017, 16:00.

ABŞ-ın BMT-dəki səfiri Samantha Pauer Yeni ildə «İlqar Məmmədova azadlıq!» adlı videomüraciət yayıb.

Videoda deyilir ki, Azərbaycanın müxalif liderlərindən olan İlqar Məmmədov hökumətin nümayişlər və ictimai narazılıqlarla bağlı rəftarını tənqid etdikdən sonra 7 il həbsə məhkum edilib: «Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin İlqar Məmmədovu həbs etməklə fundamental insan haqlarını pozduğunu müəyyən edib».

Müraciətdə İlqar Məmmədovun həyat yoldaşının bu sözləri əksini tapıb: «Ailəmizdə ənənə var: Hər Yeni ildə yolkanı qızımız və İlqarla birgə bəzəyirik. Artıq neçə ildir qızımız yolkanı bəzəməkdən imtina edir, çünki bunu atasız etmək istəmir».
 
 


Вернуться назад