Главная > Araşdırma > Çovdarov “World”, “NLT” və “İrşad” telekomları necə vəhhabi toruna salıb? - Şok iddialar

Çovdarov “World”, “NLT” və “İrşad” telekomları necə vəhhabi toruna salıb? - Şok iddialar


5-01-2017, 01:12.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki bandanın məşhur telefon mağazalarına da basqın etdiyi üzə çıxıb

Politika.Az-ın xəbərinə görə,MTN şəbəkəsi tanınmış telefon şəbəkələrinin sahiblərinin "dərisinə saman təpib”.

MTN generalları Akif Çovdarov və Sübahur Qurbanovun dəstəsi xaricdən telefon gətirən iş adamlarından külli miqdarda pul alıb.

Mənbə qeyd edir ki, "World Telekom”, "NLT Telekom”, "İrşad Telekom” firmalarının sahibləri ayrı-ayrılıqda MTN tərəfindən sıxışdırılıb.

Onların ölkəyə gətirdiyi mobil telefonların hardan olması, dinləyici qurğuların olub-olmadığı araşdırılıb, hansısa xarici kəşfiyyatla əlaqələrinin olması təftiş olunub, iş adamlarından pul qoparmaq üçün casusluq ittihamı irəli sürüləcəyi hədə-qorxusu gəlinib.

Üstəlik, onların arasında bəzilərinin rəhbərliyində özünü sələfi adlandıran el arasında vəhhabi kimi tanınan sahibkarların olduğu bilinib. MTN bu faktordan sui-istifadə edərək hər üç mobil telefon mağazalarının sahiblərinə divan tutub.

Politika.Az-ın xəbərinə görə,MTN bandası mobil telefon bazarında hegemonluq edən mağazalar şəbəkələrinin sahiblərini vəhhabi toruna salmaqla özünə itaət etdirib.

İş adamları vəhhabi ittihamı ilə həbs olunmaq təhlükəsindən qurtuluş üçün tələb olunan külli miqdarda məbləği verməli olublar.

Baş Prokurorluğun "MTN işi" ilə bağlı yaydığı son məlumata görə, iş üzrə ümumilikdə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.

Onlardan 20 şəxs həbsə alınıb. 1 nəfər barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib. İstintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. İş üzrə 130 epizod araşdırılır.

MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

"MTN işi" üzrə həbs olunanlar Bakı istintaq Təcridxanasında saxlanılırlar. Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 3 maddəsi - 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham irəli sürülüb.


Вернуться назад