Главная > Mənəviyyat > Təbriz komandası "Qarabağ"a rəqib oldu

Təbriz komandası "Qarabağ"a rəqib oldu


23-12-2015, 21:22.

 

Topaz Premyer Liqasının qış fasiləsinə lider kimi yollanan Ağdamın "Qarabağ” futbol komandası 2016-cı ilin hazırlığına Antalyada başlayacaq.

 

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” komandası yanvarın 5-də Bakıda toplanacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Yanvarın 24-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək "Qarabağ” 4 yoxlama oyunu keçirəcək.

 

"Qarabağ”ın yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Yanvarın 16-da Ağdam təmsilçisi İranın "Traktorsazi” (Təbriz), dörd gün sonra "Diosgjor” (Macarıstan), yanvarın 23-də Avstriyanın "Admira Vacker” və Polşanın "Jagelloniya” komandaları ilə qarşılaşacaq.



Вернуться назад