Главная > Aktual > İstanbulda törədilmiş terrorda ölənlərin sayı 40-a yüksəlib, 68 yaralı var: Ölənlərin əksəriyyəti ərəblərdir - YENİLƏNİB

İstanbulda törədilmiş terrorda ölənlərin sayı 40-a yüksəlib, 68 yaralı var: Ölənlərin əksəriyyəti ərəblərdir - YENİLƏNİB


1-01-2017, 17:13.

İstanbulda gecə klubuna silahlı hücum nəticəsində Livan, Liviya, Mərakeş, Səudiyyə Ərəbistanı, həmçinin İsrail vətəndaşları ölüb.

 

"Report" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial siyasət işləri naziri Fatma Bətul Sayyan Kaya bildirib.

 

Bundan əvvəl terror aktı nəticəsində 39 nəfərin öldüyü, onlardan 16 nəfərin xarici ölkə vətəndaşı olduğu bildirilmişdi.

 

 

****

 

Yanvarın 1-i İstanbulda törədilən terror aktı nəticəsində yaralananlardan biri dünyasını dəyişib.

 

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, 18 yaşlı israilli qız xəstəxanada ölüb.

 

Nəticədə ölənlərin sayı 40 nəfərə çatıb.

 

 

****

 

İstanbuldakı gecə klubuna hücum anının əks olunduğu kadrlar İnternetdə dərc edilib. APA-nın xəbərinə görə, kadrlarda silahlı şəxsin binaya yaxınlaşaraq girişdə duran şəxslərə atəş açması əks olunub.

 

Gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

 

O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.

 

 


 
 

Вернуться назад