Главная > GÜNDƏM > Binəli Yıldırım təhlükəsizlik toplantısı çağırdı

Binəli Yıldırım təhlükəsizlik toplantısı çağırdı


1-01-2017, 15:00.

Bu gün Türkiyənin baş naziri Binəli Yıldırımın başçılığı ilə təhlükəsizlik toplantısı keçirilir.

 

Axar.az xəbər verir ki, yığıncaq Dolmabaxça sarayında, yerli vaxtla 12:30-da başlayıb.

 

Toplantıya baş nazirin müavini Numan Qurtulmuş, Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Rəcəb Akdağ və İstanbul valisi Vasip Şahinin qatılacağı gözlənilir.

 

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.


Вернуться назад