Главная > Region > Bakıda dəmir yolu stansiyasında vaqon yandı - Ölən var

Bakıda dəmir yolu stansiyasında vaqon yandı - Ölən var


30-12-2016, 12:36.

Bakının Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində yanğın baş verib.

 

Daxili İşlər Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, hadisə dekabrın 29-da saat 19 radələrində qeydə alınıb. Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verən yanğın nəticəsində vaqonun yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.

 

Araşdırma aparılır.


Вернуться назад