Главная > Aktual > Daha bir ölkənin səfiri öldürüldü

Daha bir ölkənin səfiri öldürüldü


30-12-2016, 19:58.

Braziliyada itkin düşən Yunanıstan səfiri Kyriakos Amiridis öldürülüb.


Axar.az xəbər verir ki, polis səfirin evindəki divanın üzərində qan ləkələrinə rast gəlib. Ehtimal edilir ki, diplomat evində öldürüldükdən sonra cəsədi buradan avtomobillə aparılıb.

İtən avtomobil tapılıb və onun içərisində bütünlüklə yanmış cəsəd aşkarlanıb. Tibbi-ekspertiza onun Kyriakos Amiridisın cəsədi olduğunu təsdiqləyib.

Yunanıstanın polis təşkilatı məsələni araşdırmaq üçün Braziliyaya komissiya göndərmək barədə qərar verib.

Xatırladaq ki, Braziliyada Yunanıstanın səfiri Kyriakos Amiridisin itkin düşdüyü barədə dekabrın 28-də məlumat yayılmışdı.


Вернуться назад