Главная > Ölkə > Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır

Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır


30-12-2016, 20:13.

Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır.

 

"Report"un xəbərinə görə, sabah - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar qeyri-iş günüdür.

 

2017-ci ilin yanvarın 1-2-də Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

 

Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-də və 4-də də iş olmayacaq. Yanvarın 5-i isə iş günü hesab edilir.


Вернуться назад