Главная > Dünya > “ABŞ başda olmaqla Qərb dövlətləri terror təşkilatlarına hər cür dəstək verirlər” – Ərdoğandan sensasion ittihamlar

“ABŞ başda olmaqla Qərb dövlətləri terror təşkilatlarına hər cür dəstək verirlər” – Ərdoğandan sensasion ittihamlar


29-12-2016, 18:19.

"Qərb ölkələrindən  terror təşkilatlarına dəstək verməmələrini tələb edirik. Buna cavab olaraq Amerika başda olmaqla bəzi ölkələr müxtəlif bəhanələr irəli sürərək regionumuzda günahsızları qətlə yetirən terror təşkilatlarına açıq dəstək verirlər. Bunları da dilə gətirdiyimiz zaman centlmenlər narahat olurlar.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Qərb dövlətlərinin PKK/PYD-yə dəstək verdiyini, İŞİD-ə qarşı mübarizədə Türkiyəni tək buraxdıqlarını bildirib.

"Bizi media vasitəsilə ittiham etməyin deyirlər. Yaxşı bunu harada danışaq? İkitərəfli görüşlərdə danışırıq. Amma sizlər terror təşkilatlarına hər cür dəstək verirsiniz. Sonra da hər dəfə müxtəlif bəhanələr uyduraraq "xeyir silah göndərmirik, sursat göndəririk” deyirlər. Qüsura baxmayın, biz bunu həzm etmərik. Bizim də silahlı qüvvələrimiz var, nə silahdır, nə sursatdır bilirik. Suriya ərazisindən ölkəmizə təhdidlər edilərkən, bombalar yağarkən NATO özünü bu hadisələrdən kənarda saxlayır. Bu gün Əl Babda əməliyyat keçiririk nə NATO, nə də müttəfiq ölkələrin ən kiçik dəstəyini görmürük. İŞİD-ə qarşı mübarizə apardığını deyən koalisiya bu gün bizə heç bir yardımn etmir” deyə Ərdoğan bildirib.

 


Вернуться назад