Главная > GÜNDƏM > TBMM sədri İsmayıl Qəhrəmanın səhhətində problem yaranıb

TBMM sədri İsmayıl Qəhrəmanın səhhətində problem yaranıb


29-12-2016, 22:38.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın səhhətində problem yaranıb.

 

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

 

Məlumata görə, TBMM sədri müxtəlif müayinələr məqsədilə Güvən Xəstəxanasına gedib. Onun həmçinin burada müalicə olunacağı bildirilir.

 

Türkiyə mətbuatının məlumatında həmçinin vurğulanır ki, İsmayıl Qəhrəman əvvəllər də bu xəstəxanada müalicə olunub.


Вернуться назад