Главная > Aktual > Uorlikdən cəbhədəki bugünkü təxribatla bağlı açıqlama

Uorlikdən cəbhədəki bugünkü təxribatla bağlı açıqlama


29-12-2016, 22:40.

ATƏT-i Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmaya reaksiya verib.

 

Axar.az xəbər verir ki, həmsədr baş verən olayın regionda uzunmüddətli sülh üçün danışıqların davam etdirilməsinin vacibliyini bir daha ortaya qoyduğunu bildirib: "Əvvəllər də qeyd etdiyimiz kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur”.

 

Uorlik həmçinin Uorlikdən cəbhədəki toqquşma nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və dərindən təəssüfləndiyini dilə gətirib.

 

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

 

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

 

Ermənistan Müdafiə Nazirliyi baş verən toqquşma zamanı bir zabit və iki əsgər itirdiklərini etiraf edib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Enriko Apriamov hadisə yerinə gələrkən qəzaya düşüb. Sürücüsü ilə birgə yaralanan Apriamov hospitala yerləşdirilib.


Вернуться назад