Главная > Mövqe > Türkiyədən atəşkəs açıqlaması: Onlara aid deyil

Türkiyədən atəşkəs açıqlaması: Onlara aid deyil


29-12-2016, 21:22.

Suriyada təmin olunan atəşkəs razılığı BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən terror təşkilatı elan edilən qruplaşmaları əhatə etmir.

 

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın çıxış edib.

 

"Bu tənzimləmə Hələbdə əldə edilən atəşkəs razılığının ölkənin digər bölgələrinə yayılmasını, humanitar yardımların fasiləsiz çatdırılmasını və siyasi proseslərin canlandırılması məqsədini daşıyır”, - Türkiyə rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin bu gün Suriyada ölkə üzrə atəşkəs elan olunduğunu açıqlamışdı.

 

Kreml rəhbəri Türkiyə və Rusiyanın bölgədə qarant ölkələr olacağını bildirmişdi.

 


Вернуться назад