Xalq artisti Ağaxan
Abdullayev dünyasını dəyişib.
Uluyol.info xəbər verir ki, bu barədə APA-ya muğam
ustasının oğlu Hacı Minəxan Abdullayev məlumat verib.
Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.
Qeyd edək ki, Xalq artisti A.Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində
anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi
Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam
ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına
musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb.
Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya,
İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə,
İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə
Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq
görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə
Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev
Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Вернуться назад
|