Главная > Aktual > Qazaxıstanda ifadə azadlığı problemləri artıb

Qazaxıstanda ifadə azadlığı problemləri artıb


27-12-2016, 14:55.

Qazaxıstanın "Adıl söz” hüquq müdafiə təşkilatı ifadə azadlığı problemləri ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə ifadə azadlığı üzrə 87 təqib və cinayətdə ittiham faktı qeydə alınıb. 2015-ci ildə 77, 2014-cü ildə 38 belə faktın üzə çıxdığı açıqlanıb.

 

Hesabata əsasən, 2016-cı ildə kütləvi informasiya vasitələrinə və jurnalistlərə 84 mülki məhkəmə iddiası qaldırılıb.

 

"Adıl söz”ün hesabatında bildirilir ki, il ərzində böhtana görə 49 cinayət işi qaldırılıb, 4 iş üzrə ittiham hökmü çıxarılıb.

 

Bilərəkdən yalan informasiya yaymağa görə 12 cinayət işinin qaldırıldığı, 2 iş üzrə hökm çıxarıldığı qeyd olunur.

 

Daha 12 cinayət işi ayrı-seçkilik salmaq ittihamını əhatə edib. 4 belə iş üzrə ittiham hökmü çıxarılıb.

 

İl ərzində jurnalistlərin fəaliyyətinə 90 əngəl faktı aşkarlanıb. İnternet saytlarının 30 qanunsuz bloklanması qeydə alınıb.


Вернуться назад