Главная > GÜNDƏM > Deputat unun qiymətini bahalaşdırdı

Deputat unun qiymətini bahalaşdırdı


23-12-2015, 18:50.

 

"Karmen” firması da məhsullarını bahalaşdırıb. Şirkətin un məhsullarının qiyməti qaldırılıb.

Manatın devalvasiyasından qabaq 18 manata olan 50 kiloluq un 27,5 manata qalxıb. "Karmen” şirkəti deputat Əsabil Qasımova məxsusdur. Firma "Karat Holdinq”in tərkibinə daxildir. 

Deputat seçilənə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər – "Karmen” un və makaron məmulatlarının istehsalçısı olan "Karat” dəyirmanı, "Dimes” meyvə şirələrini istehsal edən konserv zavodu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkəti daxildir.

Hazırda da oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Bu ailənin nümayəndələri cəmiyyətin majoritar səhmdarları olandan sonra səhmin qiymətini artırıb-endirərək onları kiçik səhmdarlardan yığmağa başlayıblar. (vizual.az)


 ULUYOL.İNFO


Вернуться назад