Главная > Mövqe > “Cümhuriyyət liderlərinin birinin də məzarı Azərbaycanda deyil”

“Cümhuriyyət liderlərinin birinin də məzarı Azərbaycanda deyil”


19-10-2015, 22:28.

 
 

 
Şirməmməd Hüseynov: "Onların qəbirlərinin ölkəmizə gətirilməsinə ehtiyac var”

 

Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, professor Şirməmməd HüseynovModerator.azsaytı və "Hürriyyət”ə açıqlamasında Cümhuriyyət dönəmin siyasi liderlərinin məzarlarının Azərbaycana gətirilməsi təklifi ilə çıxış edib. Ş.Hüseynovun sözlərinə görə, Cümhuriyyəti quranların birinin də məzarı ölkəmizdə yoxdur ki, bu da əsla arzuedilən deyil:

"Cümhuriyyət liderlərinin, dövlətin əsasını qoyanların birinin də qəbri Azərbaycanda yoxdur.

M.Ə.Rəsulzadənin, Fətəli xan Xoyskinin, Topçubaşovun və digərlərinin qəbri ölkəmizdən kənardadır. Bu şəxslərə Azərbaycanda hər hansı abidə qoyulmamasından, heykəl ucaldılmamasından danışırlar. Halbuki, bu insanların qəbirləri belə Azərbaycana gətirilməyib. Belə olan halda hansı heykəldən, hansı abidədən söhbət gedə bilər?

Bu insanların qəbirlərinin Azərbaycana gətirilməsinə ehtiyac var. Onlar dövlət quran, dövlət yaradan insanlardır və onların məzarı da bu dövlətdə olmalıdır”.

 

Seymur Əliyev

 

 
 
   Moderator.az

Вернуться назад