Главная > Cəmiyyət > Deputatın xalqı təhqir etməsinə Müsavatdan etiraz

Deputatın xalqı təhqir etməsinə Müsavatdan etiraz


25-12-2016, 22:57.

Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Fərəc Kərimli Cəbrayıl rayonundan məcburi köçkün edilmış vətəndaşların etiraz aksiyası keçirməklərinə, "Onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var.” -deyən Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin fikirlərinə öz facebook səhifəsində status yazaraq münasibət bildirib.

"Əliyevlər rejiminin Cəbrayıldan təyin etdiyi "deputat” Astan Şahverdiyev təkcə Cəbrayıl camaatını təhqir etməyib, bütün Azərbaycan xalqını təhqir edib. Sözlərinə diqqət edin:

"Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

Siz bu hakimiyyət nümayəndələrinin xalqa hansı gözlə baxdığını görürsünüzmü? Biraz hövsələdən çıxan kimi istənilən biri xalqı təhqir etməklə xalqa münasibətini göstərir.

Bu rejimin yarıtmaz (bəlkə də məqsədli) siyasəti ucbatından işləmək üçün 2.5 milyondan çox vətəndaşımız Rusiyaya gedib. Minlərlə vətəndaşımız da işsizlikdən müxtəlif ölkələrdə yaşayır.

Əslində bu YAP-çıların belə çıxışlar etməsi bir tərəfdən yaxşıdır. Rejimin mahiyyətini ortaya qoyurlar.”– Fərəc Kərimli bildirib.

 

(bastainfo.com)


Вернуться назад