Главная > Mövqe > Türk generaldan qəzaya uğrayan rus təyyarəsi ilə bağlı SENSASİON İDDİA

Türk generaldan qəzaya uğrayan rus təyyarəsi ilə bağlı SENSASİON İDDİA


25-12-2016, 22:17.

"Təxribat ehtimalı çox yüksəkdir. Təxminən 15 gün öncə Sibirdə rus əsgərlərini aparan təyyarə də qəzaya uğramışdı. O zaman da təxribat ehtimalları vardı".

Uluyol.infoavropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə ordusunun təqaüddə olan general polkovniki Ərdoğan Karakuş deyib.

Onun fikirincə, təyyarədə yüksək rütbəli rus zabitlərinin olması təxribat ehtimalını artırır.
"Təxribat ehtimalı yüksəkdir. Təxminən 15 gün əvvəl Sibirdə rus əsgərlərini daşıyan təyyarə qəzaya düşmüşdü. O zaman da təxribat mübahisələri vardı. Yaxın Şərqdəki hadisələr, bu hadisələrin baş verməsinə səbəb ola bilər. Qəzadan da ola bilər, ancaq təyyarənin içərisində yüksək rütbəli hərbçilərin olması şübhələri artırır" deyə Karakuş qeyd edib.

 


Вернуться назад