Главная > Aktual > Türkiyə haker ordusu yaradır

Türkiyə haker ordusu yaradır


24-12-2016, 23:35.

Türkiyə hökuməti haker ordusunun yaradılması ilə bağlı strateji plan hazırlayıb. Bu barədə "Yeniakit.com” saytı məlumat yayıb.

 

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) bununla bağlı müsabiqə elan edəcəyi bildirilib.

 

Müsabiqədən uğurla keçən hakerlərin 6-10 min lirə maaş alacaq.

 

Qeyd edək ki, son dövlər türk hakerlərin həyata keçirdiyi kiber hücumların əks-sədası ABŞ və Avropa ölkələrindən gəlir.

 

Lakin eyni zamanda Türkiyə də hər il xeyli kiber hücumlara məruz qalır.(Axar.az)


Вернуться назад