Главная > GÜNDƏM > Rusiyaya daha bir şok: Çandelon maşınında ölü tapıldı

Rusiyaya daha bir şok: Çandelon maşınında ölü tapıldı


25-12-2016, 00:14.

Bu həftə Rusiya Federasiyasının səlahiyyətli şəxslərinin ölümü ilə yadda qaldı.

 

Ölkə.Az xəbər verir ki, bir həftə ərzində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və Rusiya XİN–in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovun ölümündən sonra daha bir qətlə yetirilib. Öldürülən şəxs Rusiyanın NATO üzrə baş müfəttişi Yves Çandelodur. Onu Belçikada öldürüblər. Onun cəsədi maşınından başından güllələnmiş halda tapılıb.

 

Yves Çandelonun cəsədi aşkarlandıqda silah onun sağ əlində olub. Lakin onun ixtiyarında 3 odlu silah olması, bu silahın isə ona məxsus olmaması ölümün intihar faktı olmadığı əsası verir.

Bundan başqa, Amerikanın Federal Təhqiqatlar Bürosunun keçmiş tərcüməçisi Sibel Edmonds bildirib ki, Çandelo son zamanlar təhdidlərlə üzləşirmiş. Ona qəribə zənglər gəlirmiş. Sanki öləcəyini bilən müfəttiş oğluna bir sıra sənədlər verib. Cinayətin araşdırılması üçün həmin sənədlər gələn həftə polisə təqdim ediləcək.

 

Ziya Səccad


Вернуться назад