Главная > Kriminal > Gürcüstanda marixuananın istifadəsinə görə cəza ləğv edilib

Gürcüstanda marixuananın istifadəsinə görə cəza ləğv edilib


24-12-2016, 22:05.

Gürcüstanda narkotik vasitə olan marixuananın az miqdarda istifadəsinə görə həbsxana cəzası ləğv edilib. Trend-in "Qruziya Online" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli məhkəmə qərar alıb.

 

Qeyd edək ki, Ombudsman aparatı həbsxana cəzasının ləğv edilməsinin təşəbbüskarı olub.


Вернуться назад