Главная > İdman > Ardaya inanılmaz təklif – 50 milyon

Ardaya inanılmaz təklif – 50 milyon


24-12-2016, 21:13.

İspaniyanın "Barselona” klubunun türkiyəli ulduzu Arda Turan Asiya çempionatında top qova bilər.

 Çinin "Quanqzou Everqrande” klubu Ardanı heyətinə qatmaq istədiyini açıqlayıb.

Klub 3 illik müqavilə qarşılığında futbolçuya 50 milyon avro verməyə hazırdır. "Barselona”nın da Arda üçün azı 50 milyon avro istəyəcəyi təxmin edilir.

İspaniyada illik 5 milyon avro qazanan futbolçunun Uzaq Şərq ölkəsinə gedəcəyi istisna edilmir.

Qeyd edək ki, Arda Turan cari mövsümdə meydana çıxdığı 19 rəsmi matçda 11 qol vurub. Türk ulduz Çempionlar Liqasının "Borussiya” (Münhenqladbax), Kral Kubokunun "Herkules”lə oyunlarında het-trik edib.

"Barselona” onu "Atletiko”dan 37 milyon avroya alıb. "Transfermarkt” hazırda futbolçuya 28 milyon avro qiymət qoyub.(axar.az)


Вернуться назад