Главная > Dünya > İndoneziyada daşqına görə 100 mindən çox insan evlərini tərk edib

İndoneziyada daşqına görə 100 mindən çox insan evlərini tərk edib


24-12-2016, 17:45.

İndoneziyanın mərkəzi hissəsində baş verən daşqın səbəbindən 100 mindən çox insan evlərini tərk edib. 

 

Bu barədə "Report" "Sinxua" nəşrinə istinadən xəbər verir.

 

Daşqın, əsasən hava limanının bağlanmasına səbəb olub, infrastruktura çoxlu ziyan dəyib: 20 mindən çox ev, iki körpü və 60-dan çox tibbi müəssisə zərər çəkib. Təbii fəlakət kommunikasiya xətlərini dağıdıb, enerji təchizatı pozulub.

 

Regionda yanvarın 4-nə kimi fövqəladə hal elan edilib. 


Вернуться назад