Главная > GÜNDƏM > Türkiyənin şimalında 68 İŞİD terrorçusu məhv edilib

Türkiyənin şimalında 68 İŞİD terrorçusu məhv edilib


24-12-2016, 21:00.

Türkiyə hərbçilərinin Suriyada keçirdiyi "Fırat Kalkanı” ("Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasının 68 silahlısı məhv edilib.

 

"Report” xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Əl-Bab şəhərində İŞİD-in 6 obyektinə havadan endirilən zərbələr nəticəsində 30 terrorçu, üç qərargah və üç minalanmış avtomobil məhv edilib. 141 artilleriya zərbəsi və bu ərazidə baş verən silahlı qarşıdurmalar nəticəsində daha 38 yaraqlı məhv edilib, onlara məxsus pilotsuz uçan aparat sıradan çıxarılıb", - məlumatda deyilir.
Вернуться назад