Главная > GÜNDƏM > Tramp Putinin məktubuna belə cavab verdi

Tramp Putinin məktubuna belə cavab verdi


23-12-2016, 22:11.

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin məktubunu aldığını bildirib.

 

Tramp dekabrın 15-də Putinin ona yazdığı məktubu indi aldığını və çox məmnun olduğunu qeyd edib. Onun sözlərinə görə, məktubda iki ölkənin əlaqələrinin möhkəmləndirilməsindən danışılır.

 

Putin məktubunda Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşacağına və ikitərəfli əlaqələrin məhz Tramp hakimiyyəti dövründə çiçəklənəcəyinə inandığını bildirib.

 

Tramp da öz növbəsində Putinin isti münasibətindən məmnun olduğunu deyib:

 

"Putinin bu münasibəti və mənə etibar etməsi çox xoşdur. İnanıram ki, Rusiya ilə münasibətlərimiz dostluq və qardaşlıq çərçivəsində inkişaf edəcək”, - deyə Tramp həmkarının məktubunu şərh edib.

 

Ziya Səccad, Ölkə.az

 


Вернуться назад