Главная > Aktual > Belçika-Türk Federasiyası önündə partlayıcı tapıldı

Belçika-Türk Federasiyası önündə partlayıcı tapıldı


23-12-2016, 22:05.

Brüsseldə Belçika-Türk Federasiyasının binasının önündə partlayıcı qurğu tapılıb.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı RTL televiziyası yayıb.

 

Belçika-Türk Federasiyası binasının önündən keçən bir vətəndaşın şübhəli əşyanı taparaq polisə xəbər verdiyi qeyd edilib.

 

Hadisə yerinə gələn polislər ərazini mühasirəyə alaraq bomba mütəxəssislərini çağırıb.

 

Brüssel prokurorluğundan verilən məlumata görə, şübhəli əşyanın əvvəlcə bomba olduğu təxmin edilsə də, daha sonra partlayıcılı qaz balonu olduğu müəyyənləşib.

 

Hadisə ilə bağlı istintaq başlanılıb, lakin hələki heç kim saxlanılmayıb.

 


Вернуться назад