Главная > Kriminal > Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı

Səfirin qatilinin FETÖ ilə əlaqəsi ortaya çıxdı


22-12-2016, 22:53.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu şəxslərdən 8-nin FETÖ-çuların üstünlük verdiyi "ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib.

"Anadolu” agentliyi bildirir ki, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin "ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.

Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.

 


Вернуться назад