Главная > Maraqlı > Anası ilə ərəbcə danışdı, təyyarədən endirildi - Video

Anası ilə ərəbcə danışdı, təyyarədən endirildi - Video


22-12-2016, 23:31.

Yutubda 1,6 milyon izləyicisi olan sosial media fenomeni Adam Saleh anası ilə telefonda ərəbcə danışdığı üçün təyyarədən düşürüldüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, təyyarədəki sərnişinlər onun ərəbcə danışmasından narahat olub və işçilərə şikayət edib. Bundan sonra Saleh və dostu təyyarədən endirilib.

Hadisədən sonra açıqlama verən Delta Hava Yolları Saleh və dostunun 20 sərnişindən gələn şikayətə görə təyyarədən çıxarıldığını bildirib.


Вернуться назад