Главная > GÜNDƏM > Hələb tamamilə azad edildi

Hələb tamamilə azad edildi


22-12-2016, 22:36.

Suriyanın Hələb şəhəri müxalifət qüvvələrindən tamamilə azad edilərək ordunun nəzarətinə keçib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığının bəyanatında bildirilir.

 

"Suriya ordusu komandanlığı Hələb şəhərində sülhün və təhlükəsizliyin bərpa olunduğunu elan edir”, - deyə bəyanatda qeyd edilib.

 

Qeyd edək ki, bu gün müxalifət qüvvələrinin nümayəndələrini daşıyan sonuncu avtobus karvanı şərqi Hələbi tərk edib. 

 


Вернуться назад