Главная > Ümumi > Stalinin nəvəsi öldü

Stalinin nəvəsi öldü


22-12-2016, 20:19.

İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili dünyasını dəyişib.

Cuqaşvilinin vəziyyəti Moskvanın şimal-şərqində yerləşən küçələrin birində gəzərkən pisləşib.

Müvazinətini itirən Cuqaşvili yerə yıxılıb. Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbləri barədə hələlik məlumat verilmir.

Tarix elmləri namizədi, keçmiş hərbçi Yevgeniy Yakovleviç Cuqaşvili 10 yanvar 1936-cı ildə Stalinin böyük oğlunun ailəsində anadan olub. 1959-cu ildə N.E.Jukovski adına hərbi akademiyanı bitirib.

Cuqaşvili Rusiya və Ukrayna məhkəmələrində Stalinin şərəf və ləyaqətini müdafiə edən çıxışları ilə tanınırdı.//azadliq.info

 


Вернуться назад