Главная > Ölkə > Bakıda Heydər Əliyevin adını daşıyan kompleks sökülür – FOTO

Bakıda Heydər Əliyevin adını daşıyan kompleks sökülür – FOTO


22-12-2016, 20:42.

Bakıdakı Heydər Əliyev Adına Müasir Təhsil Kompleksi sökülür. Criminal.az saytı xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən təhsil ocağının artıq xeyli hissəsi sökülüb. Ərazidə ağır texnika söküntü işlərini davam etdirir.

Nəsimi rayon İcra Hakimiyyətindən Criminal.az-a bildirildi ki, kompleksin yerində yeni və daha müasir təhsil ocağı inşa olunacaq. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. 

Qeyd edək ki, əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindən biridir. Kompleks 3 hissədən ibarətdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi. 

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Azərbaycan Pedoqoji universitetinin kompleksin qarşısında yerləşən korpusu sökülmüşdü.

 Bakıda Heydər Əliyevin adını daşıyan kompleks sökülür - FOTO


Вернуться назад