Главная > Siyasət > Suriya iclası başa çatdı - NƏTİCƏ

Suriya iclası başa çatdı - NƏTİCƏ


20-12-2016, 22:51.
Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin Moskvada baş tutan iclasları sonlanıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, üçtərəfli görüşdən sonra Suriyadakı vəziyyətlə bağlı ortaq bir mətn yayımlanıb.

Hər üç ölkə nazirləri Suriya məsələsinin hərbi yollarla həll olmayacağı mövzusunda həmfikir olduqlarını bildiriblər.

Mətndə nazirlərin Suriyadakı sivil insanların sağ-salamat təxliyə olunmasına dair söz verməsi yer alır. Diplomatlar humanitar yardımların göndərilməsinin də vacib olduğunu bildiriblər. İran, Türkiyə, Rusiya, Suriya və müxalifət arasındakı vəziyyətin normallaşması üçün dəstək olacaqlarını da vurğulayıblar.

Aygün,musavat.com

 

Вернуться назад