Главная > Baş Xəbər > Qatil polis 3 gün əvvəl cinayət yerində olub - İLGİNC DETAL

Qatil polis 3 gün əvvəl cinayət yerində olub - İLGİNC DETAL


20-12-2016, 22:17.

Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən polis əməkdaşı Mərt Altıntaş cinayəti törətməzdən 3 gün əvvəl də həmin sərgiyə gəlibmiş.

Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, bu barədə səfirin sui-qəsdə uğradığı sərginin təşkilatçısı Timur Özkan məlumat verib. O bildirib ki, sərginin əməkdaşları qatil polisi 3 gün əvvəl də orada görüblər. Onun sözlərinə görə, M.Altıntaş qətldən 3 gün əvvəl də eyni kostyumda və polis vəsiqəsi ilə içəri girib.

Təşkilatçılar onun sərgi keçirilən zalı öyrənmək üçün gəldiyini, yoxsa səfirin sərgiyə gələcəyi tarixi qarışdırdığını bilmirlər.


Вернуться назад