Главная > Kriminal > “Ded Xasan”ın yaxın adamı ələ keçdi

“Ded Xasan”ın yaxın adamı ələ keçdi


20-12-2016, 22:04.

Moskva polisi keçirdiyi əməliyyat zamanı kriminal aləmdə Akop Rıjiy kimi tanınan "qanuni oğru” Akop Meliksetyanı saxlayıb. 

 

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya xüsusi xidmət orqanları məlumat yayıb. 

 

Meliksetyanı kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) yaxın adamı sayılır. O, bir sıra cinayətlərdə, o cümlədən insan oğurluğunda ittiham olunur. 

 

Qeyd edək ki, Usoyan 2013-cü ilin yanvarın 16-da Moskvada öldürülüb.

 


Вернуться назад