Главная > Ölkə > Azərbaycan hakimiyyətindən rüşvət alan avropalı deputat ifşa edilib
Azərbaycan hakimiyyətindən rüşvət alan avropalı deputat ifşa edilib20-12-2016, 23:11. |
Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin verdiyi məlumata görə, Azərbaycan hakimiyyətindən rüşvət alan avropalı deputatlardan biri, italiyalı Luka Volonteifşa edilib. Hüquq müdafiəçisinin bildirdiyinə görə, Luka Volontenin hesabına Azərbaycandan 2ş5 mln. avroya yaxın vəsait köçürülüb. "Dostlar, bildinizmi AŞPA- nın alman deputatı Kristof
Strasserin 2012- ci ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı
məlum siyahi niyə Avropa Şurasında qəbul olunmayıb? Bir daha təsdiq olunur ki,
bu sənədin qəbul olunmaması üçün hakimiyyət xalqın boğazından kəsib avropalı
deputatlara milyon dollarla rüşvət verirmiş. Rüşvət verirmiş ki, cibinə
narkotik qoyub həbs etdirdiyi gəncləri, evinə silah qoyub zindana atdırdığı
mömün qardaşlarımızı, eləcə də şərləyib tutdurduğu digər ictimai- siyasi
fəalları Avropalı deputatlar müdafiə etməsin. Sənəddə Azərbaycanda siyasi məhbuslar məsələsinə qayıtmağın və Ştrasserin hesabatının yenidən səsverməyə çıxarılmasının, bu məsələ üzrə yeni məruzəçinin təyin edilməsinin vacibliyi qeyd olunub. Avropada Sabitlik Təşəbbüsü təşkilatı Fransa, İspaniya,
Almaniya və digər ölkələrin prokurorluqlarının həmin ölkələrin depulatlarının
Azərbaycan tərəfindən ələ alınması faktlarını araşdırmasının vacibliyi
bildirib. Avropa təşkilatları ölkəmizi aşağılayan rüşvətxor məmurlarımızı ifşa edir. Onlar xalqımıza tutulan divanı, ölkədə aparılan repressiyanı rüşvət gücünə ört- basdır edilməsini ifşa edirlər. Bəs biz niyə susaq? Xalqın pulunu xalqa qarşı xaricilərə yem edənləri gəlin biz də ifşa edək!
Вернуться назад |