Məmməd Məmmədov Politika.Az-a müraciət edib
Onun sözlərinə
görə, 2011-ci
ildə "Bank Avrasiya” ASC-dən 450 min dollar kredit götürüb, həmin kreditini 350
min dollarını ödəyib.
Müraciət müəllifi qeyd edib ki, kredit götürdüyü
zaman kreditin məbləğinin təminatı kimi məhkum Aygün Babaşova ilə razılaşmaya əsasən
iki ev girov qoyub:
"Aldığım Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi,
28 saylı binanın 21-ci mənzili və hazırda yaşadığım Bakının Nərimanov rayonu
İ.Dadaşov küçəsi, ev 50-də yerləşən 83 saylı mənzili ipoketa müqaviləsi ilə
yüklü etmişəm.
Sonradan Aygün Babaşovanın etibarından sui-istifadə
etməklə əmlakımın ələ keçirilməsi faktı ilə 2015-ci ilin 11 martında Nərimanov
rayon Polis İdarəsinin İstintaq Şöbəsində 178.3-ci maddəsi ilə onun barəsində
cinayəti işi başlanıb.
Hazırda Babaşova azadlıqdan məhrum edilib.
İstintaq müddətində aydın olub ki, Nəsimi rayonundakı evim "Bank Avrasiya”
ASC-nin vəzifəli şəxsləri tərəfindən dələduz Aygün Babaşova ilə əlbir olaraq
satılıb və alınan pullar tərəflər arasında bölüşdürülüb”.
Zərərçəkmiş qeyd edib ki, A.Babaşova ilə birlikdə
dələduzluğa şərait yaratmış, əməlləri birgə törətdiyi ehtimal olunan bankın vəzifəli
şəxslərinin barəsində 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb.
Onun sözlərinə görə, bu cinayət işi Nərimanov
rayon prokurorluğun icraatına göndərilib:"Nəsimi rayonundakı evimin yüklülükdən çıxarılması barədə
Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət imzalayanlarda biri də Fuad
Aslanovdur.
Bankın vəzifəli şəxsləri ipotekaya qoyulmuş evlərdən
birini ipotekadan çıxarıb, hazırda yaşadığım evi isə ipoteka yüklülüyündə
saxlayıb.
Evi satmaqla mənə külli miqdarda zərər vuran bank
düz 1 ildən çox vaxt keçdikdən sonra 304 min dollar borcum olduğu barədə mənə rəsmi
bildiriş göndərib. Əgər kredit borcu ödənilməyibsə mənzil ipoteka yüklülüyündən
necə çıxarıla bilərdi?
Bank vəzifəlilərinin bu arxayınlığının səbəbi
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının himayədarlığından
irəli gəlir.
Bankın sabiq idarə heyətinin sədri Fuad Aslanov
Rüfət Aslanovun qardaşıdır. İstintaqın belə tez yekunlaşmasına da Rüfət Aslanlı
kömək edib”.
Şikayətçi Politika.Az-a deyib ki, MBNP sədrinin
sayəsində "Bank Avrasiya” ASC-nin İdarə Heyətinin sədr müavini Arif İsmayılov və
baş mühasib məsuliyyətdən yayına bilir:
"Hazırda Nərimanov Rayon Prokurorluğunda istintaq
aparılır. Bankın kredit departamentinin rəhbəri Vüqar İlqar oğlu Əliyev barəsində
həbs qətiimkan tədbiri seçilib.
Lakin bankın möhürünün onda olması, sədrin əvəzinə
saxtakarlıq etməsi və təkbaşına bu cinayəti törətməsi real deyil. Vüqar Əliyev
Fuad Aslanovu xilas etmək üçün fədailik edib. Reyestr Xidmətinə müraciət məktubuna
imza atan Fuad Aslanov olub. O isə bu imza atmadığını iddia edir. Onda niyə bir
sədr kimi bu cinayətlərin baş verməsinə şərait yaradıb?
Sədr müavini Arif İsmayılov da məsuliyyətdən
yayınmaq üçün evin satılmasında xəbəri olmadığını və istintaqda bu məsələdən xəbər
tutduğunu deyir.
Lakin ipoteka yüklü mənzillər bankın balansına
daxil edilir və həftəlik olaraq mühasib tərəfindən sədr və müavininə məlumat
verilir. Sadəcə bu cinayətdən yayına bilməsinin səbəbi Fuad Aslanovun
qardaşının Rüfət Aslanlı olması və vəzifə səlahiyyətindən istifadə etməsidir.
Onun dələduzlara himayədarlıq etməsi prezidentimizin siyasətinə birbaşa zidd hərəkətdir”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Uluyol.info
Вернуться назад
|