Главная > Aktual > MOSSAD rəhbəri ABŞ-a gedib –Trampla qapalı görüş olacaq

MOSSAD rəhbəri ABŞ-a gedib –Trampla qapalı görüş olacaq


19-12-2016, 18:24.

MOSSAD-ın başçısı Yossi Kohen və milli təhlükəsizlik üzrə müşavir Yaakov Amidror ABŞ-a səfər ediblər.

Bu barədə İsrailin "Debka Fail” saytı məlumat verib.

Saytın məlumatına əsasən, Nyu-Yorka yollanmış heyət Amerikanın yeni seçilmiş prezidenti ilə görüşmək niyyətindədir.

İsrailli təmsilçilər Donald Trampla Yaxın Şərq, İranın nüvə proqramı, Suriya böhranı və Fələstin mövzularında mövqeləri müəyyən istəyirlər. Yossi Kohen və Yaakov Amidrora İsrailin ABŞ-dakı səfiri yardımçı olacaq. (Strateq.az)

 


Вернуться назад