Главная > Aktual > Sabah Moskvada Türkiyə, Rusiya və İran XİN başçılarının görüşü keçiriləcək

Sabah Moskvada Türkiyə, Rusiya və İran XİN başçılarının görüşü keçiriləcək


19-12-2016, 17:01.

Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmmədcavad Zərif dekabrın 20-də Moskvada görüşəcək.

 

"Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

 

İnformasiyaya görə, XİN başçılarının üçtərəfli görüşündə Suriyadakı vəziyyət müzakirə olunacaq.

 

Qeyd edək ki, nazirlərin görüşü dekabrın 27-nə planlaşdırılmışdı. 


Вернуться назад