Главная > Ümumi > ABŞ: “Rusiya qeyri-stabillik mənbəyidir”

ABŞ: “Rusiya qeyri-stabillik mənbəyidir”


19-12-2016, 15:27.

Rusiya NATO üçün qeyri-stabillik və qeyri-müəyyənliyin mənbəyidir.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut söyləyib.

 

"Mən inanmıram ki, Rusiya NATO-ya hücum etmək istəyə. Lakin istənilən halda biz bu məsələ ilə bağlı öz müttəfiqlərimizi arxayınlaşdırmalıyıq”, – deyə, o bildirib.

 

Qeyd edək ki, NATO Rusiya sərhədləri yaxınlığında öz hərbi mövcudluğunu gücləndirib. Bu, Moskvanın kəskin etirazına səbəb olub. Alyans atdığı bu addımı öz müttəfiqlərini Rusiya aqressiyasından qorumaq istəyi ilə əlaqələndirib.

 


Вернуться назад