Главная > Mədəniyyət > Arnold Şvartseneggerin ayağı sındı

Arnold Şvartseneggerin ayağı sındı


19-12-2016, 01:14.

Məşhur aktyor Arnold Şvartsenegger verilişlərdən birində iştirak edib.

Axsam.az-ın məlumatına görə, 69 yaşlı aktyor verilişə sağ ayağında gipslə çıxıb. Aparıcıları və tamaşaçıların narahatlığını görən Arnold ayağının sınma məsələsinə aydınlıq gətirib.

Əvvəlcə zarafat edən aktyor deyib: "Narahat olmayın, pedikür zamanı belə hallar olur”.

Daha sonra ayağının sınma səbəbini izah edən Şvartsenegger bunun yaşla bağlı olduğunu bildirib:

"Artıq yaşım o yaş deyil. İndi xizəkdə sürüşəndə, velosiped çox sürəndə, qaçanda daha ehtiyatlı olmalıyam. Adi zədə məni bu vəziyyətə sala bilər. Həkimlər ayağımın sağalmağa doğru getdiyini deyirlər”.


Вернуться назад