Главная > Ümumi > Tramp "Rembo"nu siyasətə gətirir

Tramp "Rembo"nu siyasətə gətirir


18-12-2016, 23:40.

Yeni seçilmiş ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin yanvarından ölkəni rəsmi olaraq idarə etməyə başlayacaq.

Axsam.az- məlumatına görə, Tramp indidən ətrafına güclü və ağıllı insanları yığmağa başlayıb.

Prezidentə yaxın mənbə bildirib ki, Donald aktyor Silvestr Stallonneni də siyasətə cəlb etmək niyyətindədir. Prezident bu barədə aktyora rəsmi müraciət etməsə də, onunla yaxından tanış olduğunu və onu da öz ətrafında gördüyünü bildirib.

D.Tramp hətta Silvestri hansı işdə gördüyünü də açıqlayıb. Belə ki, o, Stallonneyə ABŞ-ın Milli Fondunun rəhbəri vəzifəsini vermək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Donald məşhur repçi Kanye Uestlə görüşüb. Bəzi mənbələr ABŞ liderinin repçiyə prezident administrasiyasında vəzifə verəcəyini qeyd ediblər.


Вернуться назад