Главная > Maraqlı > Prezidentin qızı auksiona çıxarıldı - FOTO

Prezidentin qızı auksiona çıxarıldı - FOTO


17-12-2016, 17:45.

ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka ilə bir fincan qəhvə içmək istəyənlər üçün auksion keçirilir.

 

Publika.az xəbər verir ki, iddiaçılar arasında ən yaxın namizəd Türkiyəli iş adamı Ozan Özkuraldır. O, Trampın qızı ilə qəhvə işmək üçün 60 min dollar ödəməyə hazırdır.

 

"Nyu York Times” qəzetinin yazdığına görə, O.Özkural İvanka ilə görüşmək istəməsinin səbəbi elə işlə bağlıdır.

"İşimizlə bağlı müxtəlif ölkələrin siyasətçiləri ilə danışırıq və bununla da necə işləməli olduğumuzu daha yaxşı anlayırıq”, - deyə O.Özyürək bildirib.

 

Qəzet yazır ki, prezidentin oğlu Erik Trampın uşaq xəstəxanası tikdirmək üçün başlatdığı auksionləğv edilib. Buna səbəb isə medianın bu məsələdə prezident ailəsini tənqid etməsidir. Onlar Barak Obamanın ailəsini misal gətirərək onların həyata keçirdikləri xeyriyyə tədbirlərində heç zaman bu cür addımlar tamadıqları, hər şeyi öz hesablarına etdikləri xatırladılır.

 

Qeyd edək ki, auksionu qazanan şəxs İvanka Trampın proqramına uyğun bir zamanda Nyu-Yorkda Tramp Toverdə və ya Vaçinqtonda Tramp Oteldə onunla görüşmək şansı olacaq. ABŞ Təhlükəsizlik Xidməti işçilərinin də iştirak edəcəyi görüşdə şəkil çəkdirməyə icazə veriləcək, lakin heç bir şey imzalanmayacaq.



Вернуться назад