Главная > Dünya > Almaniyada "Facebook"un cərimələnməsi nəzərdə tutulur

Almaniyada "Facebook"un cərimələnməsi nəzərdə tutulur


17-12-2016, 12:49.

Almaniya "Facebook" sosial şəbəkəsinin istifadəçilərin nifrət yaradacaq aqressiv ifadələri ilə mübarizəni fəal aparmadığını hesab edərək prosesi sürətləndirmək niyyətindədir.

 

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Hayko Maas məlumat verib.

 

Onun sözlərinə görə, nazirlik sosial şəbəkələrin onların istifadəçilərinin ifadələrinə görə məsuliyyət daşımağa vadar etmək yollarını axtarır: "Biz digər tədbirlər qeyri-effektiv olacağı təqdirdə "Facebook" barəsində cərimələrin tətbiq edilməsi haqqında da düşünürük. Bu, tez hərəkətə keçmək üçün stimul olacaq".

 

Nazir bildirib ki, sosial şəbəkələrdə böyük pullar qazanan şirkətlər də sosial məsuliyyət daşıyır.

 


Вернуться назад