Главная > Maraqlı > "Ağıllı" xoruz - sahibinin dediklərini olduğu kimi yerinə yetirir-VİDEO

"Ağıllı" xoruz - sahibinin dediklərini olduğu kimi yerinə yetirir-VİDEO


16-12-2016, 22:00.

1 yaşı tamam olmayan xoruz gəl deyəndə gəlir, banla deyəndə banlayır

Sahibinin dediklərini olduğu kimi yerinə yetirir. Görüntüləri də elə xoruzun sahibi özü göndərib. Hoppan deyir, hoppanır, banla deyir, banlayır.


Görüntülər Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundandır. Rayon sakini Yadigar Cəfərov həyətində bəslədiyi xoruza bəzi təlimatları yerinə yetirməyi öyrədib.

1 yaşı tamam olmayan xoruz gəl deyəndə gəlir, banla deyəndə banlayır.

Üstəlik sahibinin qoluna da çıxıb dayanır.

Bütün bunların müqabilində isə xoruzun mükafatı afərin olur.

Uluyol.info Xezerxeber.az-a istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
 
ULUYOL.İNFO

Вернуться назад