Главная > Ölkə / Ümumi > Arif Hacılı:-"Hakimiyyət ikinci yolu tutarsa..."

Arif Hacılı:-"Hakimiyyət ikinci yolu tutarsa..."


22-12-2015, 19:02.

Müsavat Partiyası başqanı Arif Hacılı  "facebook" sosial şəbəkəsində son olaylara toxundu.Statusu Uluyol.info xəbər portalı olaraq oxucularımıza təqdim edirik:

"Cəmiyyətin toparlanmasını təmin edəcək strukturlar dağıdılıb.

Əmək kollektivlərini aradan qaldırmaq üçün fabrik və zavodlar məhv edilib. 
Səlahiyyətsiz, real ərazi prinsiplərinə cavab verməyən bələdiyyələr yaratmaq yolu ilə özünüidarə sistemi sıradan çıxarılıb.

Həmkarlar İttifaqlaları yoxdur.

Seçkili yerli və ümumrespublika qurumlarının xalqın iradəsinə uyğun yaradılmasının qarşısı alınıb. Bu qurumlar əsasən xalqın nifrət etdiyi və ya tanımadığı adamlardan tərtib edilib. Bununla da seçkili orqanların nəinki xalqın iradəsinin ifadəçisi olmasının qarşısı alınıb, həm də bu qurumların xalqla qarşıdurma vəziyyətində olması təmin edilib.

Real İctimai təşkilatlar, müstəqil KİV əsasən sıradan çıxarılıb. 
Ölkə siyasi məhbusların sayına görə dünyada lider ölkədir.
Siyasi Partiyaların fəaliyyət imkanları maksimium məhdudlaşdırılıb.

Yəni hakimiyyət cəmiyyəti basqı altında saxlamaq üçün uzun illər məqsədyönlü iş aparıb. İndi cəmiyyətin öz haqları uğrunda toparlana bilməməsinin əsas səbəbləri bunlardır.

Amma bu o demək deyil ki, cəmiyyət toparlana bilməyəcək. 70 il sovet hökumətinin buna bənzər siyasətindən sonra xalqımız qısa müddətdə toparlana bildi. 1989- ci ildə dünya üzrə ilin xalqı elan edildi.

Ölkədə yaranmış indiki vəziyyətdə hakimiyyətin iki yolu var. Ya dərhal siyasi məhbusları azadlığa buraxmalı, ciddi siyasi və iqtisadi islahatlara başlamalı xarici siyasətini müasir dövrdə Azərbaycanın mənafelərinə uyğun, birmənalı olaraq müəyyənləşdirməli, ya da daha ciddi repressiyalara əl ataraq illər uzunu apardığı siyasəti davam etdirməlidir.

Mən hakimiyyətə birinci yolu tutmağı tövsiyyə edirəm. İkinci yol tutularsa ölkəmiz kataklizmlərdən yayına bilməyəcək. Xalqımız 2016 - cı ildə yenidən dünya üzrə ilin xalqı olmaq imkanı əldə edəcək."

 

 ULUYOL.İNFO



Вернуться назад