Главная > Kriminal > Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb

Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb


17-12-2016, 02:24.

 Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" bu ölkənin mətbuatına istinadən xəbər yayıb.

Məlumata görə, məhbuslar həbsxana nəzarətçilərindən aptekin, idman zalının, texniki vasitələr anbarının açarlarını almağa müvəffəq olublar. Mətbuatın məlumatına görə, bir gün davam etmiş qiyamın səbəbləri çoxdur: - idman zalından istifadənin mümkün olmaması, televizora baxmağa qadağa qoyulması, pis qidalanma və duşda isti suyun olmaması.

Hadisə yerinə polis işçiləri, polis helikopteri və bir neçə təcili yardım maşını gətirilib və qiyam yatırılıb. Qiyam zamanı 3 məhbus xəsarət alıb. 


Вернуться назад