Главная > Video xəbər > MSDM ölkədə yaranmış durumu müzakirə etdi-VİDEO/FOTOLAR

MSDM ölkədə yaranmış durumu müzakirə etdi-VİDEO/FOTOLAR


16-12-2016, 18:08.

Bu gün Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşəbbüsü ilə "Dəyişən dünya və Azərbaycan” mövzusunda Dəyir Masa keçirildi.

Müzakirələrdə MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, istiqlalçı millət vəkili İsgəndər Həmidov, Turan agentliyinin direktoru Mehman Əliyev, MSDM-in üzvləri Vaqif Hacıbəyli, Arzu Səmədbəyli və Almaz Əliqızı, ilahiyyatçı alim İlqar İbrahimoğlu, Müsavatın Divan üzvləri Gülağa Aslanlı, Vəfa Cümşüdlü, Nailə Yaqublu, Elman Fəttah və digərləri iştirak edirdi.

Müzakirə iştirakçıları ölkədə və dünyada baş verən son hadisələr, dövlətimizin qarşısında duran vəzifələr, dərinləşməkdə olan iqtisadi böhran və bundan çıxış yolları haqqında öz mülahizələrini paylaşdılar.

 

 

 

Bastainfo.com


Вернуться назад