Главная > İdman > Messiyə şok təklif- 500 MİLYON

Messiyə şok təklif- 500 MİLYON


16-12-2016, 16:29.

Çinin "Hebey Çayna Forçun" klubu Lionel Messiyə elçi düşüb. Asiyalılar "Barselona"nın argentinalı ulduzuna təklif göndərməyə hazırlaşır.

 

İddiaya görə, klub Messiyə illik 100 milyon avro əmək haqqı olmaqla 5 illik anlaşma təklif edir. Bu isə argentinalı forvardın 5 ildə 500 milyon avro qazanması deməkdi.

 

"Barselona"nın da 29 yaşlı forvarda yeni müqavilə təklif etməyə hazırlaşdığı deyilir. Kataloniyalılar ona illik 35 milyon avro təklif edəcəyi bildirilir.

 

Qeyd elək ki, "Hebey Çayna Forçun" klubuna məşhur çilili mütəxəssis Manuel Pellegrini başçılıq edir. Komandanın heyətində Qael Kakuta (Fransa), Stepan Mbia (Kamerun), Gervinyo (Fil Dişi Sahili) və Aloisio (Braziliya) kimi tanınmış futbolçular çıxış edir.//fanat.az

 


Вернуться назад