Главная > Ümumi > MOSSAD-ın rəhbərinə cinayət işi açıldı

MOSSAD-ın rəhbərinə cinayət işi açıldı


16-12-2016, 00:23.

İsrailin Kəşfiyyat Xidmətinin (MOSSAD) rəhbəri Yessi Kohen haqqında korrupsiya iddiası ilə cinayət işi açılıb.

 

Axar.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 10” televiziyası məlumat yayıb.

 

Kohenin avstraliyalı iş adamı Ceyms Beykerdən dəyərli minlərlə dollar olann 7 konsert biletini ödənişsiz aldığı və sözügedən biznesmeni paytaxt Tel-Əvivdəki oteldə qarşılıqsız qonaq etdiyi bildirilir.

 

Milli Xidmətlər Komissarlığının açdığı cinayət işində Kohenin sadalanan olayları MOSSAD-ın Milli Təhlükəsizlik Heyətinin sədri olduğu dönəmdə həyata keçirdiyi vurğulanıb.

 

Qeyd edək ki, cinayət işi ilə bağlı yekun qərarın yaxın zamanda açıqlanacağı bildirilib.

 


Вернуться назад