Главная > Mədəniyyət > Ramiz Rövşənin 70 illik yubileyi qeyd edilib

Ramiz Rövşənin 70 illik yubileyi qeyd edilib


15-12-2016, 19:04.

Azərbaycan Yazıçılar Birliyində şair Ramiz Rövşənin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib. 

Tədbirdə xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, yazıçı Kamal Abdulla, professor Rafiq Əliyev və başqaları iştirak ediblər.

Yazıçılar Birliyinin sədri Anar Rzayev Ramiz Rövşənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb, onu əvəzsiz şair, tərcüməçi kimi xarakterizə edib. 

Anar qeyd edib ki, Ramiz Rövşəni təkcə Azərbaycanda yox, ölkədən kənarda da qiymətləndirirlər. Birlik sədri Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Ramiz Rövşənə rəhbərlik etdiyi qurumun və TÜRKSOY-un diplomunu və medalını təqdim edib.


Вернуться назад